Almaniyanın paytaxtı Berlində İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləviyə qırmızı maye atılıb.
Turkustan.az xəbər verir ki, Pəhləvi Berlində Federal Mətbuat Ofisində mətbuat konfransı keçirib. Görüşdən sonra mühafizəçiləri ilə birlikdə binadan çıxaraq avtomobilinə doğru hərəkət edərkən naməlum şəxs ona qırmızı maye atıb.
Maye Pəhləvinin kürəyinə və boyun nahiyəsinə düşüb.
Hadisəni törədən şəxs dərhal yerə uzadılaraq saxlanılıb və nəzarətə götürülüb.
İranın keçmiş şahının oğlu insidentdən sonra avtomobilinə minərək ərazini tərk edib.
Aytən Yaşar/ Turkustan.az