Mirasını dövlətə verdiyini açıqlayan türkiyəli müğənni İbrahim Tatlısəsin sərvəti maraq oyadıb.
Aznews.az Axşam.az-a istinadən xəbər verir ki, sözügedən açıqlamasının ardından ifaçının illər ərzində topladığı sərvətin böyük hissəsinin daşınmaz əmlakdan ibarət olduğu ortaya çıxıb.
Tatlısəsin sahib olduqları bunlardır:
- İstanbulun Seyrantepe bölgəsində 32 mənzil və 4 mağaza
- Fikirtepedə 4 mənzil
- İstanbulun müxtəlif məhəllələrində 5 mənzil
- Şanlıurfa və Kuşadasında torpaq sahələri
- İzmirdə 5 lüks mənzil