AZ

Rusiyada vəzifəli şəxsə qarşı sui-qəsd cəhdi oldu

“Roskomnadzor” rəhbərliyinə sui-qəsd cəhdi edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Rusiya xüsusi xidmət orqanları terror aktının qarşısını alıb.

"Terror aktı planlaşdırmaqda iştirak edən ifrat sağçı və neofaşist ideologiyasının yeddi tərəfdarı saxlanılıb. Onlar Ukrayna kəşfiyyat orqanları tərəfindən Telegram vasitəsilə "verbovka" ediliblər. Qrupun lideri olan Moskva sakini silahlı müqavimət göstərib və zərərsizləşdirilib.

“Roskomnadzor” rəhbərliyinə qarşı terror aktı planlaşdıranlardan 1 kiloqramlıq partlayıcı qurğu, qumbara, tapançalar və Ukrayna döyüşçülərinin simvolları müsadirə edilib", - FSB-nin məlumatında qeyd olunub.

Seçilən
33
9
xezerxeber.az

10Mənbələr