AZ

Azərbaycanda gənclər niyə işsiz qalır?

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Günay Hüseynova: “Avropa və ya başqa ölkələrdəki çıxış yollarını ölkəmizə tətbiq edə bilmərik”Azərbaycanda gənclərin işsizliyi uzun illərdir ciddi problem olaraq qalır. İşsizlik üzündən əyalətdən çox gənc Bakıya köç edir. Bu köç onlara həm yeni imkanlar, həm də sosial və iqtisadi çətinliklər yaradır. Gənclərin axını şəhərdə rəqabəti artırır; gənclər öz peşələrinə uyğun iş tapa bilmirlər. Həmçinin gündəlik yaşayış xərcləri ilə üzləşirlər.Bəs gənclərin işsizliyini və şəhərlərə köçünü azaltmaq üçün dövlət hansı iqtisadi tədbirləri görə bilər?

İqtisadçı-ekspert Günay Hüseynova Bizimyol.info xəbər portalına bildirib ki, Əslində işsizlik problemini tamamilə kökündən həll etmək mümkün deyil, sadəcə, faiz nisbəti aşağı salına bilər. Süni zəka və texnologiyanın inkişafı nə qədər irəliləyirsə, işsizlik problemini də bir o qədər qabardır".

Günay Hüseynova deyib ki, regionlarda işsizlik problemi ilə bağlı durum tam ilə fərqlidir:

"Bölgələrfı iş yerləri azdır, özəl sektor bir o qədər də inkişaf etməyib və sair. Bundan əlavə şəhərdəki kimi normal həyat standartları bir çox rayon və kəndlərdə yoxdur. Məsələn, hələ də qaz xətti olmayan kəndlər, işığı fasilə ilə verilən, evində su kranı olmayan, çaydan, göldən su daşıyan vətəndaşlar var. İşsizliyin qarşısını almaq üçün layiqli həyat standartı təmin olunmalıdır. Ondan sonra deyə bilərik, hansı iqtisadi planı təklif edək".

Ekspert deyir ki, regionlarda fermerlər işçi tapa bilmir: "Məhsul bostanda, ağacda qalıb xarab olmasın, pul, gün-güzəran gətirsin deyə onu toplayıb, satmaq üçün işçi yoxdur. Bunlar əsasən mövsümi işlər olduğu üçün, tapılan işçilər də çox zəhməthaqqı istəyir. Belə olanda məhsul da bazarda baha satılası olur”.

Günay Hüseynova həm də deyib ki, işsizliyin başqa bir səbəbi şəhərdə mənzil qiymətlərinə təsir göstərir: “Süni bahalaşma yaradır. Paytaxt Bakının əhalisinin 90%-i başqa şəhərlərdən, kənd rayonlarından köç edənlərdir. Həmin 90%-in də azı 70%-nin ya öz evi yoxdur və kirayədə yaşayır, ya da 25 illik ipoteka öhdəliyi altındadır. Kredit, borc, ümumiyyətlə, öhdəliklər ölkədə doğum səviyyəsinin aşağı düşməsinə səbəbdir, o da birbaşa gələcək işçi qüvvəsinə təsir göstərir. İstənilən sahədə tələb təklifi üstələdiyi üçün həm də süni qiymət artımına şərait yaradır.

Təbii ki, bütün bunlar, sadəcə, səbəblərin bir qismidir. İqtisadiyyat, ümumiyyətlə, zəncirvaridir. Ona görə də əsas səbəbi və çıxış yolunu həll etmədən işsizliyi azaltma yönündə nələrsə edə bilmərik".

Günay Hüseynova deyir ki, Avropada da, Amerikada da işsizlik var. Lakin " hər ölkədə situasiyalar, səbəblər fərqlidir. Avropa ölkələrindəki və ya başqa ölkələrdəki çıxış yollarını ölkəmizə tətbiq edə bilmərik”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
bizimyol.info

1Mənbələr