AZ

Florentino Peres dünyanın bir nömrəli tennisçisinə Real forması hədiyyə etdi

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünya reytinqində birinci yerdə qərarlaşan italyan tennisçi Yannik Sinnerə arxasında adı və "bir" nömrə yazılmış "Real"forması hədiyyə edilib.

Sport24.az xəbər verir ki, "Kral klubu"nun prezidenti Florentino Peres formanı şəxsən "Santyaqo Bernabeu" stadionunun içərisində qurulmuş müvəqqəti kortda "Böyük Dəbilqə"nin dördqat çempionuna təqdim edib.

Qeyd edək ki, hazırda Madriddə Masters tennis turniri davam edir. Sinner ikinci turda fransız Benjamin Bonzi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
sport24.az

1Mənbələr