AZ

Şitil yetişdirərkən edilən səhvlər: Aqronom AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxşı məhsul əldə etməyin əsas mərhələlərindən biri şitillərin düzgün yetişdirilməsidir.

Redaktor.az xəbər verir ki, bu barədə aqronom, texniki məsləhətçi Aleksey Kurenin danışıb.

Mütəxəssis bildirib ki, bağçılıqda yeni başlayanların ən çox etdiyi səhvlərdən biri toxumların düzgün hazırlanılmamasıdır. Onun sözlərinə görə, bir çoxu bu mərhələni ötürür, halbuki toxumların isladılması onların qabığını yumşaldır və cücərməni sürətləndirir.

Kurenin əlavə edib ki, digər yayğın səhv toxumların çox erkən və ya gec əkilməsidir. O vurğulayıb ki, əkin vaxtı düzgün seçilməlidir və yetişdirilən bitkilərin gün işığına olan tələbatı nəzərə alınmalıdır.

“Çox erkən əkilən bitkilər istilik və işıq çatışmazlığı yaşayır, gec əkilənlər isə tam inkişaf etməyə vaxt tapmır. Hər iki halda bitkilər mühitə daha çətin uyğunlaşır və hətta məhv ola bilər”, – deyə o qeyd edib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
1
redaktor.az

2Mənbələr