AZ

Qazaxıstanda yaşayış binasında güclü yanğın olub, 40 nəfər təxliyə edib

Astana, 24 aprel, AZƏRTAC

Qazaxıstanın Atırau şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xilasedicilər 40 nəfəri təxliyə edib.

AZƏRTAC Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın binanın birinci mərtəbəsindəki mənzillərdən birində baş verib.

Hadisə yerinə nazirliyin qüvvələri dərhal cəlb olunub. Xilasedicilər nərdivan və pilləkənlərdən istifadə edərək 2 uşaq daxil olmaqla 10 nəfəri xilas ediblər. Bundan əlavə, 10 uşaq daxil olmaqla 30 nəfər təxliyə edilib. Yanğın söndürülüb, zərərçəkən yoxdur.

Nazirlikdə qeyd olunub ki, xilasedicilərin operativ hərəkətləri sayəsində daha ağır nəticələrin qarşısını almaq mümkün olub.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Seçilən
79
2
azertag.az

3Mənbələr