AZ

La Liqa: “Levante” “Sevilya”nı məğlub edərək ümidlərini artırıb

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya La Liqasının 33-cü turu çərçivəsində autsayderlər qrupunda yer alan “Levante” öz meydanında “Sevilya”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

İdman.Biz xəbər verir ki, matçın qəhrəmanı dubl müəllifi olan İvan Romero olub. 25 yaşlı hücumçu hər hissədə bir dəfə fərqlənməyi bacarıb. O, 38-ci və 90+4-cü dəqiqələrdə rəqib qapısına yol taparaq komandasına vacib qələbəni qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran “Levante” 19-cu pillədə qərarlaşaraq elitada qalmaq şanslarını davam etdirir. 34 xalı olan “Sevilya” isə 17-ci yerdədir və təhlükəli zonadan cəmi bir xal uzaqdadır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
109
icma.az

1Mənbələr