AZ

“Zamanı düzgün bölmək lazımdır” - Samir 300 balın sirrini AÇDI

Xəbər verdiyimiz kimi, martın 15-də keçirilən 11 illik buraxılış imtahanının nəticələri açıqlanıb. 9 nəfər abituriyent 300 bal toplayıb. Maksimum nətinə göstərən şagirdlər arasında Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyasında təhsil alan Samir Tağızadə də var.

300 bal yığan Samir sevincini və uğurunun sirrini Redaktor.az-la bölüşdü:

"Çox sevinirəm. Sevincimi necə ifadə edəcəyimi bilmirəm.

Maksimum nəticə üçün çox çalışmaq lazımdır. İnsan gərək istirahətini, əylənməyini, dərslərini yerli-yerində etsin. Məncə uğura gedən yolun əsası vaxtını düzgün bölməkdir. İmtahanı verəndən sonra test vərəqimi yoxladım, səhvim yox idi deyə fikirləşirdim ki, 300 balı yığma ehtimalım çoxdur. Bu xəbəri gözləyirdim, çox sevindim. Uğurumda əməyi olan valideynlərimə, müəllimlərimə təşəkkürümü bildirirəm”.

NURİYYƏ

2
Seçilən
18
redaktor.az

1Mənbələr