AZ

Əkiz bacılar şəhər birinciləri oldular

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunları olan əkiz bacılar - Məcidli Burlaxatun Bəhruz qızı və Məcidli Banu Bəhruz qızı şəhər birinciləri olublar. 

"Unikal" MTV-yə istinadən xəbər verir ki, Burlaxatun imtahanda maksimum nəticə — 300 bal toplayaraq mükəmməl göstəriciyə imza atıb. Onun bacısı Banu isə 266.7 bal toplayaraq yüksək nəticə əldə edən şagirdlər sırasında yer alıb.

Bacılar bildiriblər ki, uğurun əsas səbəbi sistemli hazırlıq, davamlı çalışmaq və müəllimlərin verdiyi düzgün yönləndirmədir. Onların sözlərinə görə, rəqabətli mühit onları daha da motivasiya edib və hər iki bacı bir-birinə daim stimul verərək irəliləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
unikal.az

3Mənbələr