AZ

Oğuzda Çernobıl faciəsinin 40 cı ildönümü ilə bağlı anım tədbiri təşkil edilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oğuz, 23 aprel, AZƏRTAC

Çernobıl faciəsinin 40-cı ildönümü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda və Çernobıl faciəsi zamanı həlak olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edənlər dövlət tərəfindən Çernobıl əlillərinə hər zaman yüksək diqqət və qayğı göstərildiyini, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin Çernobıl qəzasının başvermə səbəbləri, onun ağır nəticələri və dünya tarixində ən böyük texnogen fəlakətlərdən biri kimi qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.

Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
azertag.az

2Mənbələr