AZ

İran XİN: Bir vaxtlar demokratiya beşiyi kimi təqdim olunan ABŞ indi terroru təşviq edən ölkəyə çevrilir

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə etdiyi paylaşımı kəskin tənqid edib.

APA-nın məlumatına görə, o, “X” hesabında yazıb ki, ABŞ prezidenti razılaşma istəməyən şəxslərin “öldürülməsinə” çağırış edən birinin bəyanatını yenidən paylaşıb.

Bəqainin sözlərinə görə, bir vaxtlar demokratiya, azadlıq və insan haqlarının beşiyi kimi təqdim olunan ABŞ indi terror, qətl və kütləvi zorakılığı təşviq edən ölkəyə çevrilir.

“Əgər bu, dərin mənəvi böhran deyilsə, bunu başqa necə adlandırmaq olar?” – deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
apa.az

4Mənbələr