ain.az, Bakivaxti saytına istinadən bildirir.
Bakı–Quba avtomobil yolunda hərəkət edən yük maşını arakəsməyə çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə magistralın Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili idarəetmədən çıxaraq yolun beton arakəsmələrinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.