Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Paytaxtın Səbail rayonu, İzzət Nəbiyev küçəsində qayda pozan sürücü videoaya çəkilib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 21-də səhər saatlarında baş verib. Görüntülərdə 77-GG-165 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsünün sıxlıq səbəbindən gözləməmək üçün düz xəttin tələbini pozaraq əks yola çıxdığı görünür.
Lakin sürücü qarşı tərəfə keçdikdən sonra hərəkətini davam etdirməyib və həmin hissədə dayanıb. Videonu lentə alan sürücünün bildirdiyinə görə, həmin avtomobil ondan əvvəl arxada hərəkətdə olarkən lüzumsuz yerə əks zolağa çıxıb.
Qeyd olunur ki, ərazidə quraşdırılan kameralar səbəbindən bəzi sürücülər əks zolağa çıxsa da, cərimədən yayınmaq məqsədilə müəyyən məsafə qət etdikdən sonra yenidən öz hərəkət zolaqlarına qayıdırlar. Bu isə nəqliyyat axınında ləngimələrə və tıxacın daha da güclənməsinə səbəb olur.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.