Bakı. Trend:
Türkiyənin Böyük Millət Məclisində yaşı 15-dən az olan uşaqlarınsosial şəbəkələrə girişini qadağan edən qanun qəbul olunub.
Trend bu barədəTürkiyə mediasına istinadla xəbər verir.
Qanun layihəsinə əsasən, 15 yaşdan kiçik şəxslər sosialşəbəkələrdə qeydiyyatdan keçə bilməyəcəklər. Sənəd rəqəmsalplatformaları yaşın yoxlanılması sistemlərini qurmağa məcbur edir.Valideynlərə uşaqların ekran vaxtını və onlayn xərclərini idarəetmək üçün alətlər təqdim olunacaq.
Bundan başqa sosial şəbəkələr fövqəladə hallarda zərərli məzmunortaya çıxdıqdan sonra bir saat ərzində müdaxilə etməli olacaqlar.Qanun Türkiyə hökumətinin rəsmi bülletenində dərc olunduqdan 6 aysonra qüvvəyə minəcək.
15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağanedilməsi məsələsi daha bir neçə ölkədə də müzakirə olunur. Ötənhəftə oxşar məhdudiyyətlər Avropa Komissiyasının sədri Ursula fonder Lyayen və Avstriya, Çexiya, Almaniya, Kipr, Yunanıstan,Niderland, İrlandiya, Polşa, Portuqaliya, Sloveniya, İtaliya vəİspaniya daxil olmaqla on iki Avropa ölkəsinin liderləri tərəfindənnəzərdən keçirilib.