AZ

Britaniyadan olan tədqiqat qrupu səmanın eyni sahəsində ultranəhəng struktur kəşf edib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

Böyük Britaniyanın Mərkəzi Lankaşir Universitetinin (UCLan) tədqiqat qrupu son bir neçə il müddətində səmanın eyni sahəsində üç nəhəng struktur kəşf edib. Onlar son kəşf etdikləri strukturu “Giant Ring”, yəni Nəhəng Halqa adlandırıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd olunub ki, 1 Giqaparsek (Gps) diametrə malik bu struktur insan gözü ilə görünə bilsəydi, səmada Aydan təxminən 15 dəfə böyük görünərdi. Kəşfin ən maraqlı cəhəti isə bu strukturların iç-içə yerləşməsidir. Nəhəng Halqa daha əvvəl həmin sahədə aşkar olunmuş Nəhəng Tağ və Böyük Halqa ilə əlaqəli görünür. O, Böyük Halqanı əhatə edir və demək olar ki, konsentrik konfiqurasiya yaradır.

Bu kəşf Kainatın Standart Modelini (ΛCDM) ) şübhə altına alır. Çünki kosmoloji prinsipə əsasən, çox böyük miqyaslarda Kainat bircins və izotrop olmalıdır. Başqa sözlə, təxminən 370 Meqaparsekdən (Mps) böyük miqyaslarda aydın seçilən strukturların olmaması gözlənilir, müşahidələr isə əksini göstərir. Strukturun aşkar edilməsi üçün “Sloan Digital Sky Survey”in “SDSS DR16Q” kataloqunun materiallarından istifadə olunub.

Nəhəng Halqanın morfologiyası mürəkkəb quruluş nümayiş etdirir. Onun şimal hissəsi nazik bir lif və ya sap formasındadır, cənub bölgəsində isə daha əvvəl aşkar olunmuş Nəhəng Tağın elementləri yer alır. Qərb periferiyasında müşahidə olunan budaqlanma isə bir neçə halqavari və ya torşəkilli strukturun üst-üstə düşə biləcəyini göstərir.

Bu tədqiqat işi üzrə məqalənin çap öncəsi versiyası “arXiv” platformasında yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
azertag.az

2Mənbələr