AZ

Azərbaycan və Çin arasında nəqliyyat, logistika, texnologiya sahələrində əməkdaşlıq dəyərləndirilib

Bakı. Trend:

Azərbaycan və Çin arasında nəqliyyat, logistika və texnologiyasahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyatnaziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Çin Xalq Respublikasının Dövlət İnternet İnformasiya Ofisininnaziri Cuan Junven ilə görüş keçirdik. Görüş zamanı ölkələrimizarasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıqməsələlərini müzakirə etdik.

İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcudimkanlar barədə fikir mübadiləsi apardıq. Eyni zamandakibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiqsahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də buistiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqındadanışdıq", - paylaşımda qeyd edilib.

Seçilən
92
4
az.trend.az

8Mənbələr