AZ

ARDNF aktivlərinin 33 faizdən çoxu istiqrazlar və pul bazarı alətləridir

Bakı, 23 aprel, AZƏRTAC

Martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin aktivlər üzrə bölgüsündə 33,1 faizi istiqrazlar və pul bazarı alətləri, 24,8 faizi səhmlər, 6,5 faizi daşınmaz əmlak və infrastruktur, 35,6 faizi (178,1 ton) isə qızıl təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-nin 2026-cı ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.

 

Seçilən
46
1
azertag.az

2Mənbələr