AZ

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin (RİİB)birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcraHakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda silsilə ağacəkməaksiyaları keçirilib.

“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyininfəaliyyətinin 10 illiyi çərçivəsində təşkil edilən ağacəkməaksiyaları 22 aprel – Beynəlxalq Yer Gününə həsr edilib.

Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsivə ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə təşkiledilən genişmiqyaslı aksiyada səhmdar cəmiyyətinin, rayon icrahakimiyyətinin, eləcə də Regional İnkişaf İctimai Birliyininəməkdaşları və könüllülər fəal iştirak ediblər.

Aksiyanın ilk günündə “Çovdar” qızıl mədəninin ətrafında,ümumilikdə 1,5 hektar sahədə yerli iqlim şəraitinə uyğun 1400-dənçox vələs tingi əkilib, onlara aqrotexniki qulluq göstərilib.Ekoloji aksiyanın növbəti günü isə Daşkəsən Şəhidlər Xiyabanınınətrafında 300 ədəd həmişəyaşıl şam ağacı əkilib. Aksiyaçərçivəsində Daşkəsən şəhərinin müxtəlif ərazilərində isə 1000-dənartıq ağac tingi torpağa basdırılıb.

Qeyd edək ki, həyata keçirilən bu cür davamlı təşəbbüslərregionlarda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıqzonalarının genişləndirilməsinə və biomüxtəlifliyin qorunmasınaxidmət edir. “AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinintərəfindən gələcəkdə də ətraf mühitin mühafizəsinə yönəlmişlayihələrin davam etdirilməsi planlaşdırılır. Cari il ərzində“AzerGold” QSC-nin 10 illiyi çərçivəsində Daşkəsən və Göygölrayonlarında ümumilikdə 10 000 ağacın əkilməsi nəzərdə tutulur.

Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Daşkəsən
Seçilən
33
12
az.trend.az

10Mənbələr