AZ

Bakıda regional enerji birjasının yaradılması təklif edilib

Azərbaycanda risklərin hedcinqi və enerji resurslarının regional ticarətinin inkişafı üçün əsas alətə çevrilə biləcək öz əmtəə-xammal birja platformasının yaradılması zərurəti yaranıb.

"Far.Az" xəbər verir ki, bu ideyanı "SOCAR Trading"in açıq rəngli neft məhsulları üzrə aparıcı treyderi Anar Həbib Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda irəli sürüb.

Onun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumu yüksək geosiyasi risklər şəraitində fəaliyyətini davam etdirir, bu da vaxtaşırı neft tədarükünün sabitliyinə təsir göstərir: "Bununla əlaqədar hasilatçı şirkətlər zəruri nəql etmə səviyyəsini təmin etmək üçün istehsal həcmlərinə düzəlişlər etmək məcburiyyətində qalırlar. Xəzər regionunun treyderləri, satıcıları və alıcıları arasında uzun müddətdir ki, müzakirə olunan məsələlərdən biri səmərəli hecinq mexanizminin yaradılmasıdır. Ola bilsin ki, bu gün bu, futuristik bir ideya kimi səslənir, lakin hər bir belə ideyanın öz reallaşma zaman üfüqü var".

A. Həbib vurğulayıb ki, Bakıda birja platformasının işə salınması nəinki qiymət müəyyənləşdirilməsinin şəffaflığını artırmağa, həm də Xəzər hövzəsinin neft və neft məhsulları üçün regional bençmark formalaşdırmağa imkan verərdi.

Onun fikrincə, belə bir platforma istehsalçılar, treyderlər və son istehlakçılar arasında əlaqələndirici halqa ola bilər və onları risklərin idarə edilməsi üzrə müasir maliyyə alətlərinə çıxışla təmin edərdi.

Ekspert həmçinin əlavə edib ki, potensial "Bakı Enerji Birjası" neft, neft məhsulları və ola bilsin ki, qaz tədarükü üçün fyuçers və opsion müqavilələri təklif edərək dünyanın aparıcı meydançalarının analoqu kimi fəaliyyət göstərə bilərdi.

Qeyd edək ki, belə bir platformanın yaradılması klirinq sistemlərindən logistika hablarına qədər müşayiət edən infrastrukturun inkişafını stimullaşdıra və Bakının Avropa ilə Asiya arasında enerji və ticarət mərkəzi kimi rolunu gücləndirə bilər.

Məlumat yenilənir...

Seçilən
65
far.az

1Mənbələr