AZ

Arda üçün mövsüm başa çatdı – DÇ üçün çalışacaq 

“Real”ın gənc ulduzu Arda Güler mövsümü vaxtından əvvəl başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, türkiyəli futbolçu aldığı zədə səbəbindən bu mövsüm artıq meydana çıxa bilməyəcək. Klubun tibbi heyəti onun tam bərpası üçün riskə getməmək qərarına gəlib.

Arda Güler hazırda reabilitasiya prosesinə başlayıb və əsas hədəfi 2026-cı il dünya çempionatına qədər tam formada qayıtmaqdır. Gənc yarımmüdafiəçi həmin turnirdə Türkiyə millisinin heyətində çıxış etməyi planlaşdırır.

Seçilən
58
idmanxeber.az

1Mənbələr