AZ

İsti havada hansı içkilər içilməlidir?

ain.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC — Centers for Disease Control and Prevention) həkimləri “Takeout” nəşrinə bildiriblər ki, qəhvə və şəkərli içkilərin isti havada qəbulu orqanizmdə sürətli susuzlaşmaya və yüksək təzyiq riskinin artmasına səbəb olur.Demkokrat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein yüngül sidikqovucu təsir göstərir və bu da orqanizmdən mayenin daha tez çıxmasına gətirib çıxarır. Yüksək temperatur şəraitində bu hal susuzlaşmanı gücləndirə, istilik vurması, huş itirmə və qıcolma riskini artıra bilər.CDC həmçinin isti havalarda alkoqollu içkilərin, yüksək şəkər və natrium tərkibli içkilərin — o cümlədən idman və enerji içkilərinin — istifadəsinin azaldılmasını tövsiyə edir. Alkoqol maye itkisini daha da artırır, şəkərli və duzlu içkilər isə orqanizmin artıq şəkər və duzu xaric etməsi üçün əlavə su sərf etməsinə səbəb olur. Bu isə qan təzyiqinin yüksəlməsi və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.Mütəxəssislər isti havada ən təhlükəsiz seçim kimi adi suyu tövsiyə edirlər. Bildirilir ki, içkinin temperaturu həlledici rol oynamır, çünki orqanizm onu hər halda daxili temperaturuna uyğunlaşdırır. Mütəxəssislər susuzluq hissini gözləmədən mütəmadi su içməyi məsləhət görürlər.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr