AZ

“7 iyun seçkisi Ermənistan üçün həlledici sınaq olacaq”

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“7 iyun seçkisi Ermənistan üçün həlledici sınaq olacaq. Ukraynada  başı müharibəyə qarışan Rusiyanın Cənubi Qafqazdan səssiz əl çəkəcəyi inandırıcı deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Bəzi ekspertlər bildirirlər ki, Paşinyan Rusiya üçün hələki işləyə biləcəyi, çox məqbul siyasi fiqurdur. Qənaətimcə, bu yanlış yanaşmadır. İqtisadi sanksiyaların  qismən  qarşısını almaq və həmçinin bəzi ixrac-idxal əməliyyatlarını  gerçəkləşdirmək  üçün Rusiya Ermənistandan yararlandığı şübhə doğurmur. Təbii ki, bu taktiki məsələdir. 

Amma strateji baxımdan rəsmi Moskva  Cənubi Qafqazı və uzun müddət əlində alət etdiyi erməniləri əldən vermək istəməyəcək. Hazırda ev dustaqlığında olan, ciddi maliyyə imkanlarına malik Samvel Karapetyanın timsalında  Rusiya  Ermənistandakı seçkiyə dəstək verir.   Putinin 1 aprel tarixində Kremldə Paşinyanla görüşündə Rusiya vətəndaşının həbsdən azad olunmasını diplomatik şəkildə işarə etmişdi. Rusiya prezidenti adını çəkməsə də, həmin şəxsin  Samvel Karapetyan olduğu məlum idi.  Amma Paşinyanda öz növbəsində  Ermənistan vətəndaşı olmayan şəxsin seçkidə iştirakının mümkün olmadığını bildirmişdi. Nikol Paşinyanın cavabı  “qulağının dalın görəndə  Samvel Karapetyanın seçkidə iştirakını görərsən” anlamını vermişdi”.

O qeyd edib ki, 7 iyun seçkisindən sonra və yaxud digər yollarla Kremlin Ermənistandan və ümumilikdə Cənubi Qafqazdan əl çəkəcəyi  qəliz məsələdir:

“Regionda vəziyyətin daha da kəskinləşəcəyi  gözləniləndir. Ermənistan cəmiyyəti sülhpərvər mövqeyə, yoxsa müharibə tərəfdarlarına, revanşistlərə  səs verəcəyi həmin gün bəlli olacaq.

Müşahidələrimizə əsasən onu deyə bilərik ki, Rusiya qonşularla, xüsüsilə, Cənubi Qafqaz respublikaları ilə imperiya iddialarından əl çəkib, normal qonşuluq etmək fikrində deyil. Ortada isə çox konfiqurasiyalı  məkrli planlar dolaşmaqdadır”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
36
icma.az

10Mənbələr