AZ

Küçələrdə də açıq şəkildə siqaret çəkilməsinə qadağa qoyulmalıdır-Təklif-Özəl

"Milli Məclisdə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun layihəsi qəbul edilib və artıq Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minib. Bu çox yaxşı haldır. Amma hesab edirəm ki, bu sahəsdə görüləsi işlər çoxdur və qanunvericilik bazası daha da təkmilləşdirilməlidir. Yəni ictimai yerlərdə tütün məhsullarından istifadə qaydalarına bir qədər də aydınlıq gətirilməlidir". "Olaylar" xəbər verir ki, bunu Vl çağırış MM Deputatı, T.e.f.Doktoru, Əməkdar Mühəndis İltizam Yusifov deyib: "Belə ki, mövcud qanunvericilikdə ictimai yerlərdə tütündən istifadənin yasaq edildiyi yer siyahısına nədənsə küçə sayılmayıb. Düşünürəm ki, ictimaiyyətin olduğu yer elə ictimai yer sayılır. Yəni ictimaiyyət arasında olmaq elə ictimai yerdə olmaq deməkdir. Bu baxımdan küçə ictimai yer deyilmi? Axı inkişaf etmiş, bütün sivil ölkələrdə küçələrdə siqarət çəkmək yasaq edilib. Bunun üçün xüsusi yerlər mövcuddur. Necə ola bilər ki, küçədə istənilən yerdə siqaret çəkərək insanları zəhərləmək, havanı çirkləndirmək olar və bunun üçün heç bir cəza nəzərdə tutulmasın, lakin siqaret kötüyünü yerə atan kimi cərimə olunursan? Hesab edirəm ki, bu məsələ öz həllini tapmalı və digər ictimai yerlərdə olduğu kimi küçələrdə də açıq şəkildə siqaret çəkilməsinə mövcud qanunun tələblərinə uyğun olaraq yalnız xüsusi ayrilmiş yerlərdə icazə verilməlidir.
Digər bir məsələ qanunda nəzərdə tutulan ictimai yerlərdə, xüsusən iaşə obyektləri- restoran, kafe, bar və çay evlərində olan vəziyyərdir. Baxmayaraq ki, qanun həmin məkanlarda tütündən istifadəni birbaşa qadağan edir, lakin bu gün demək olar ki, bütün bu xarakterli obyektlərdə siqaret çəkmək adi bir haldır. 
 Növbəti məsələ tütün məmulatlarının reklamı ilə bağlıdır. Düzdür qanunla tütün məhsullarının reklamı qadağan olunsa da, tütün məhsulları mağazalarda, supermarketlərdə açıq şəkildə satılır və biz hələ də piştaxtalarında olan həmin tütün məhsullarının üstünü örtməmişik, belə bir fikrimizin olduğu da görünmür. Qonşu ölkələrdə bu praktika geniş tətbiq olunur. Filmlərimizdə də sigaret çəkilməsini asanlıqla görmək olar. Yəni siqaretin görünməməsi üçün heç bir tədbir görülməyib. Bu yaxınlarda çox sevdiyim "Uşaqlığın son gecəsi" filmini yenidən yerli TV-lərin birində izlədim və mənzərə tam aydın idi.
Çox yaxşı haldır ki, elektron siqaretlərin idxalı, satışı və istifadəsinin qadağan olunması təklifi qəbul olundu. Hesab edirəm ki, bu işləri davam eydirmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
106
olaylar.az

1Mənbələr