AZ

Avropa investisiyaları Rumıniyanın hərbi sənayesini gücləndirir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Buxarest, 23 aprel, AZƏRTAC

Rumıniyada hərbi sənayenin inkişafı və modernləşdirilməsi istiqamətində Avropa investisiyalarının cəlb edilməsi prosesi sürətlənir.

AZƏRTAC xəbər verir ki, bu barədə Radio Cluj məlumat yayıb.

Bildirildiyinə görə, Rumıniya Avropa İttifaqının müdafiə sənayesinin gücləndirilməsinə yönəlmiş SAFE (Security Action for Europe) proqramı çərçivəsində maliyyə imkanlarından yararlanmağa hazırlaşır. Bu proqram üzrə ayrılması nəzərdə tutulan vəsaitin həcmi təxminən 10 milyard avro təşkil edir.

Qeyd olunur ki, bu maliyyə resursları vasitəsilə Rumıniyada hərbi sənaye müəssisələrinin modernləşdirilməsi, istehsal güclərinin artırılması və yeni texnologiyaların tətbiqi planlaşdırılır. Layihələr çərçivəsində yerli şirkətlərin NATO və Avropa İttifaqı standartlarına uyğun məhsul istehsal etməsi hədəflənir.

Məlumata görə, SAFE proqramı çərçivəsində ayrılacaq vəsait yalnız istehsal sahəsini deyil, həm də tədqiqat, innovasiya və müdafiə texnologiyalarının inkişafını əhatə edir. Bu isə Rumıniyanın Avropanın müdafiə sənayesi zəncirində daha aktiv rol oynamasına imkan yarada bilər:”Avropa İttifaqında təhlükəsizlik mühitinin dəyişməsi fonunda müdafiə xərclərinin artırılması prioritet məsələyə çevrilib. Bu kontekstdə Rumıniya da hərbi sənayesini gücləndirməklə həm milli təhlükəsizliyini möhkəmləndirməyə, həm də iqtisadi baxımdan əlavə dəyər yaratmağa çalışır”.

Rəsmi açıqlamalara görə, Avropa investisiyalarının cəlb edilməsi Rumıniyada yeni iş yerlərinin yaradılmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına və ölkənin texnoloji potensialının artırılmasına da töhfə verəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
azertag.az

2Mənbələr