AZ

TDT ölkələri ekologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəlib

Azertag saytına istinadən ain.az xəbər verir.

Astana, 23 aprel, AZƏRTAC

Astanada Türk Dövlətləri Təşkilatının (TDT) ətraf mühit və ekologiya məsələləri üzrə nazirlərinin İkinci görüşünün yekunlarına dair Bəyannamə imzalanıb.

AZƏRTAC Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan nümayəndələri, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömuralıyev və təşkilatdan olan müşahidəçilər iştirak ediblər.

Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev ölkələrin iqlim dəyişikliyi, tükənmiş su ehtiyatları, torpaqların deqradasiyası, Xəzər dənizinin dayazlaşması və Aral dənizinin qurumasının nəticələri də daxil olmaqla ortaq ekoloji problemlərlə üzləşdiyini qeyd edib.

O bildirib: “Xalqlarımızın rifahını təmin etmək və gələcək nəsillər üçün təbii irsimizi qorumaq naminə qüvvələri birləşdirməliyik. Bu kontekstdə “Türk dünyasının yaşıl vizyonu” xüsusi əhəmiyyət kəsb edir və davamlı inkişaf, yaşıl transformasiya, iqlim dəyişikliyinə adaptasiya ilə bağlı ortaq öhdəliyimizi əks etdirir”.

Nazirin sözlərinə görə, Qazaxıstan birgə fəaliyyəti biomüxtəlifliyin qorunması, ekosistemlərin yaşıllaşdırılması və bərpası, iqlim dəyişikliyi ilə mübarizə, tullantıların davamlı idarə olunmasına yönəltməyi təklif edir.

Nısanbayev bildirib ki, Qazaxıstan Azərbaycanı və Türkiyəni Mərkəzi Asiya ölkələri arasında biomüxtəlifliyin qorunması və davamlı idarəetmə sahəsində əməkdaşlıq haqqında “Regionun davamlı inkişafı naminə təbiətlə harmoniya” adlı regional bəyannaməyə qoşulmağa dəvət edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
3
azertag.az

4Mənbələr