AZ

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsi Sevinc Həsənzadəyə HƏVALƏ EDİLDİ – ÖZƏL

Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova aprelin 22-də vəzifəsindən azad olunub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, direktor vəzifəsi Sevinc Həsənzadəyə həvalə edilib.

Qeyd edək ki, Sevinc Həsənzadə Sabunçu Tibb Mərkəzinin direktorunun terapevtik işlər üzrə müavini vəzifəsində çalışır.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, hələlik sorğumuza cavab verilməyib.

Xatırladaq ki, son günlər TƏBİB-də aparılan kadr islahatları çərçivəsində Nurəngiz Bəşirova ilə yanaşı, bir sıra xəstəxana direktorları da vəzifələrindən azad olunublar.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
56
bizim.media

1Mənbələr