AZ

"Bu filmə baxanda kədərlənirəm" 

Əməkdar artist Rafael İskəndərov paylaşımı ilə diqqət çəkib. 

Musavat.com xəbər verir ki, Rusiyada olan aktyor "Məhəllə" filminin çəkildiyi yerləri gəzib.

O, həmin kadrları yenidən canlandırıb.

R.İskəndərov videonu yayımlayaraq "Bu film komediya janrında çəkilib. Amma bilmirəm siz necə, mən son zamanlar buna baxanda çox kədərlənirəm" sözlərini yazıb. 

Qeyd edək ki, "Məhəllə" filmində Əməkdar artistlər Tahir İmanov, Coşqun Rəhimov, Dilarə Əliyeva, ötən il dünyasını dəyişən Cabir İmanov rol alıblar.

Könül,
Musavat.com

Seçilən
19
1
musavat.com

2Mənbələr