AZ

“Xatəmül-Ənbiya”nın sirli siması: Ona dair nə bilirik? - VİDEO

Sosial şəbəkələrdə İranın “Xatəmül-Ənbiya” hərbi qurumunun sözçüsü İbrahim Zülfüqarinin mülki həyatına dair video virusa dönüb.

"Yeni Sabah" xəbər verir ki, internet resurslarında bu şəxsin tərcümeyi-halına dair heç bir qeyd yoxdur. O harda və nə vaxt doğulub, - bu barədə heç nə bilinmir.

İbrahim Zülfüqari fevralın 28-də İranın ABŞ/İsraillə başlayan müharibəsi ilə tanınmağa başlayıb. O gah general, gah da polkovnik-leytenant hərbi rütbəsində təqdim olunur.

Videolardan birinə əsasən, onun milliyyətcə kürd olduğu iddia olunur.

İddialara görə, "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının rəsmi nümayəndəsi magistr dərəcəsinə malikdir. Fəlsəfi strateji tədqiqatlar sahəsində ixtisaslaşıb. Təhsili riyaziyyat sahəsindədir.

O, dörd dildə sərbəst danışır: fars, ərəb, ingilis və ivrit.

Aprelin 7-də elan atəşkəsə dair razılaşmaya qədər İbrahim Zülfüqari TV ekralarından oxuduğu bəyanatlarla geniş tanınma qazanıb.

Bununla belə, İbrahim Zülfüqarinin tərcümeyi-ahlı barədə bir çox suallar cavabsızdır. 


Telegram kanalımız
Seçilən
53
50
yenisabah.az

10Mənbələr