AZ

Bəzi yerlərdə duman müşahidə olunur, görmə məsafəsi 500-1000 metrədək məhdudlaşır

Bakı, 23 aprel, AZƏRTAC

Hazırda ölkə ərazisinin bəzi yerlərində duman müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşahidə edilən duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Quba, Qusar, Şabran və Saatlıda görmə məsafəsi 500-1000 metrədək məhdudlaşır.

Dumanlı hava şəraitinin aprelin 23-24-də fasilələrlə davam edəcəyi gözlənilir.

 

Seçilən
78
15
azertag.az

10Mənbələr