Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Məşhur türk müğənni Fatih Ürəyin mirası ilə bağlı yeni açıqlama verilib. Bildirilib ki, onun sərvəti iki deyil, dörd hissəyə bölünəcək.Demokrat.az xəbər verir ki, 15 oktyabr 2025-ci ildə evində keçirdiyi ürək tutmasından sonra xəstəxanaya yerləşdirilən və aylarla reanimasiyada müalicə alan Fatih Ürək 30 yanvarda həyatını itirib. 59 yaşında vəfat edən sənətçi İstanbulun Üsküdar rayonundakı Karacaahmet qəbiristanlığında dəfn olunub.Mərhum müğənninin Bodrumda təxminən 170 milyon TL dəyərində malikanəsi, Ataşəhərdə 5 mənzili, bank hesablarında nağd vəsaiti, təxminən 6 milyon TL dəyərində avtomobili, həmçinin brilyant və zinət əşyaları olduğu bildirilir.Daha əvvəl mirasın bacıları Selvi Ürək və Nurgül Fırat arasında bölüşdürüləcəyi iddia edilsə də, yeni açıqlama fərqli olub. Fatih Ürəyin bacısı Selvi Ürək bildirib ki, miras dörd nəfər arasında bölünəcək:"Varislər mən, bacım Nurgül Ürək və vəfat edən bacım Sevgi Salqının iki qızıdır. Ailədə nə varsa, hamısı dörd bərabər hissəyə bölünəcək. Hələ mirasın rəsmiləşdirilməsi üçün müraciət etməmişik. Borclar da var. İlk növbədə vergi və kredit borclarını ödəmək istəyirik. O, qazancının 70 faizini səhnə kostyumlarına xərcləyirdi. Bodrumdakı evinin yuxarı mərtəbəsini penthausa çevirərək böyük xərclər etmişdi və milyonlarla dollarlıq əşyalar almışdı".Selvi Ürək həmçinin bildirib ki, sənətçi səhnə geyimlərinə böyük məbləğlər xərcləyirdi: "Bir səhnə kostyumuna təxminən 100 min TL ödəyirdi. 40 ildir səhnədə idi. Eyni zamanda xeyriyyəçi idi və çox sayda tələbəyə dəstək olub. Qazandığını özü xərcləyirdi. Kostyumları satılacaq və əldə olunan vəsait təhsil müəssisələrinə və heyvanlara yardım üçün yönəldiləcək. Sənətçi dostları ilə birlikdə xeyriyyə gecəsi təşkil edəcəyik. Xəstəliyindən əvvəl hazırladığı iki mahnını yayımlayıb gəliri uşaqların təhsilinə bağışlayacağıq".Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.