AZ

Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq sənədi imzalanacaq

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Ermənistan və Fransa strateji tərəfdaşlıq sənədi imzalayacaq

Redaktor.az xəbər verir ki, Ermənistan və Fransa Fransa prezidenti Emmanuel Makronun İrəvana dövlət səfəri çərçivəsində strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

Bildirilib ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai Televiziyaya verdiyi müsahibədə məlumat verib.

Kostanyan qeyd edib ki, Ermənistan–Fransa münasibətlərinin inkişafı əsas gündəliklərindən biridir və uzun müddətdir müzakirə olunan Strateji Tərəfdaşlıq sənədi səfər zamanı rəsmən imzalanacaq.

Onun sözlərinə görə, sənədlər təkcə siyasi əməkdaşlığı deyil, həm də təhsil, hərbi-texniki sahə və süni intellekt kimi müxtəlif istiqamətləri əhatə edəcək.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana dövlət səfəri edəcək.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
redaktor.az

2Mənbələr