İtaliya hökuməti Baş nazir Corcia Meloniyə qarşı sərt təhqirlərin səsləndirildiyi televiziya verilişinə görə Rusiyanın Romadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Bildirilib ki, aparıcı Vladimir Solovyov Rusiya televiziyasında italyan dilində Melonini "bəşəriyyət üçün rüsvayçılıq", "vəhşi heyvan", "sertifikatlı axmaq" və "pis balaca qadın" adlandırıb.
O, daha sonra fikirlərinə rus dilində davam edib: "Meloni seçicilərinə xəyanət edən faşist məxluqdur. O, hətta ABŞ prezidenti Donald Trampa da xəyanət edib".