AZ

Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb

Gəncə

Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb.Bu barədə Ulusum.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Teleqüllə yaxınlığındakı ərazisində, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən isə rayonun Firuzabad qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciətlər əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və müvafiq icra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Diqqət Çəkənlər

"Tağıyev: Məktəb" filminin nümayiş vaxtı məlum olub

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

Seçilən
58
49
ulusum.az

10Mənbələr