AZ

“Azeri Light” 113 dollara satılır

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,22 ABŞ dolları və ya 2 % artaraq 113,11 ABŞ dolları təşkil edib.

"Yeni Sabah" xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,25 ABŞ dolları və ya 2,1 % artaraq 110,09 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
45
yenisabah.az

10Mənbələr