AZ

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,22 ABŞ dolları və ya 2 faiz artaraq bir barel üçün 113,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,25 dollar və ya 2,09 faiz bahalaşaraq 110,09 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,13 dollar və ya 5,02 faiz artaraq bir barel üçün 86,39 dollara atıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 4,62 dollar və ya 4,29 faiz artaraq bir barel üçün 112,31 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Seçilən
11
33
kommersant.az

10Mənbələr