Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycanneftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə2,22 ABŞ dolları və ya 2 faiz artaraq bir barel üçün 113,11 ABŞdolları təşkil edib.
Bu barədə Trend-əneft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalıneftin FOB bazasında bir barelinin qiyməti 2,25 dollar və ya 2,09faiz bahalaşaraq 110,09 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 4,13 dollar və ya 5,02 faiz artaraq bir barel üçün 86,39dollara atıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti isə əvvəlki göstərici ilə müqayisədə 4,62 dollar və ya 4,29faiz artaraq bir barel üçün 112,31 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin ortaqiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.