Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 1,9 milyon barel artıb.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) məlumat verib.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 4,1 milyon barel azalaraq 405 milyon barelə düşüb.
Bu dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 4,6 milyon barel azalaraq ümumilikdə 228,4 milyon barelə çatıb.
ABŞ-ın gündəlik xam neft hasilatı 11-17 aprel həftəsində 11 min barel azalaraq 13,585 milyon barelə düşüb.
Digər tərəfdən, ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik 787 min barel artaraq 6 milyon 78 min barelə çatıb, xam neft ixracı isə gündə 427 min barel azalaraq 4 milyon 798 min barelə düşüb.EIA-nın "2026-cı ilin aprel ayı üçün qısamüddətli enerji proqnozu hesabatı"na görə, bu il ABŞ-da orta gündəlik xam neft hasilatının 13,51 milyon barel olacağı gözlənilir.