Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) naziri Con Felan Pentaqon rəhbəri Pit Hegset ilə yaranmış fikir ayrılıqları səbəbindən vəzifəsindən kənarlaşdırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ hərbi qurumlarındakı mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Portalın mənbəsinin sözlərinə görə, Felan və Hegset arasında münasibətlər yaxşı olmayıb. "Felan rəhbər olmadığını anlamayıb. Onun işi verilən əmrləri yerinə yetirmək idi, verilməli olduğunu düşündüyü əmrləri yox", - deyə mənbə bildirib..
Felanın ABŞ administrasiyasının rəhbəri Donald Trampla “yaxşı münasibətləri” var idi, lakin Hegset hesab edirdi ki, keçmiş HDQ naziri birbaşa prezidentə hesabat verməklə “subordinasiyanı pozur”. Portal vurğulayır ki, Pentaqon rəhbəri faktiki olaraq Felanı işdən azad edib.
Daha əvvəl Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell "X" platformasında bildirib ki, Felan “administrasiyadakı vəzifəsini tərk edir və qərar dərhal qüvvəyə minir”. O, istefanın səbəblərini açıqlamayıb və qeyd edib ki, HDQ nazirinin səlahiyyətlərini müvəqqəti olaraq Felanın birinci müavini Hanq Kao icra edəcək.
Bir neçə investisiya şirkətinin təsisçisi və həmtəsisçisi olan Felan 25 mart 2025-ci ildə ABŞ Konqresinin Senatı tərəfindən HDQ naziri vəzifəsinə təsdiqlənmiş və and içmişdi. HDQ naziri, o cümlədən, hərbi-dəniz qüvvələrinin maddi-texniki təminatına və maliyyə resurslarına cavabdehdir. ABŞ-da Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının nazirləri prezident kabinetinin üzvləri sayılmır.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.