Bakı. Trend:
İtaliya Avropa İttifaqında (Aİ) Fransadan sonra 3 trilyonavrodan çox dövlət borcu olan ikinci ölkədir.
Trend xəbər verir ki, bubarədə Avropa Statistika Agentliyinin (Avrostat) məlumatındabildirilir. Məlumata görə, İtaliyanın dövlət borcu 2025-ci ildə 100milyard avrodan çox artaraq 3,095 trilyon avroya çatıb. Fransada burəqəm 3,5 trilyon avronu keçib. Almaniyanın borcu 2025-ci ildətəxminən 150 milyard avro artaraq 2,8 trilyon avrodan çox olub.
Bütün Aİ ölkələri üzrə dövlət borcunun ÜDM-ə nisbəti 2024-cüildəki 80,7%-dən 2025-ci ildə 81,7%-ə yüksəlib. İtaliyada bu rəqəm137,1% təşkil edib ki, bu da yalnız Yunanıstanda (146,1%) dahayüksəkdir. Sonrakı yerləri Fransa (115,5%), Belçika (107,9%) vəİspaniya (100,7%) tutur.