AZ

Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq.

Bu barədə APA-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
30
10
apa.az

10Mənbələr