AZ

Putin boks çempionatının qalibləri ilə şampan içərək söhbət edib

Aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin dövlət mükafatlandırma mərasimindən sonra qeyri-rəsmi şəraitdə boks çempionatlarının qalibləri ilə görüşüb.

Mərasim Kremlin Yekatrina zalında baş tutdu. Rəsmi mərasimdən sonra dövlət başçısı idmançılarla əlində bir qədəh şampan ilə söhbət edib.

Rusiya lideri hər bir iştirakçını təbrik edib və onlara uğurlarının davamını arzulayıb.

Həmin gün mükafatlandırılanlar arasında dünya boks çempionları, UFC çempionu Petr Yan və Dünya Boks Assosiasiyasının (WBA) dünya çempionu və üçqat həvəskar dünya çempionu Müslüm Qadzimaqomedov da olub. Beynəlxalq Boks Federasiyasının (IBA) rəhbəri Umar Kremlev də prezidentdən dövlət mükafatı alıb.

QAZİLER.AZ

 

Seçilən
59
qaziler.az

1Mənbələr