AZ

Cennifer Lopezin dizayneri boşanır

Dünya ulduzu Cennifer Lopez ilə əməkdaşlığı ilə tanınan tanınmış interyer dizayneri Şafaq Çakın şəxsi həyatı ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.

Far.Az xəbər verir ki, dizaynerin həyat yoldaşı Elvan Çak ilə münasibətlərinə son qoymaq qərarı aldığı bildirilir.

Qeyd olunur ki, cütlük 7 may 2013-cü ildə Nyu-York Baş konsulluğunda keçirilən sadə mərasimlə ailə qurmuşdu. Həmin dövrdə məşhur müğənni Stinqin onlara xüsusi jest edərək avtomobil ayırması uzun müddət müzakirə olunmuşdu.

İddialara əsasən, tərəflər arasında münasibətlər artıq tamamilə pozulub. Hətta onların sosial şəbəkələrdə bir-birini izləmədən çıxardıqları və birgə fotolarını sildikləri qeyd edilir.

Məlumatda həmçinin bildirilir ki, boşanma prosesinin asan keçməyəcəyi ehtimal olunur. Rəsmi açıqlama isə hələlik verilməyib.

Seçilən
26
1
far.az

2Mənbələr