AZ

Prezident İlham Əliyev: "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı"



Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı.

Bu barədə Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ilə əlaqədar “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

“Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırdı. Əminəm ki, Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq”, - paylaşımda qeyd edilib.

Seçilən
91
23
baki-xeber.com

10Mənbələr