ain.az bildirir, Bizim media saytına əsaslanaraq.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ölkəmizdə hər zaman uca tutulur və ehtiramla yad edilir. Bizim.Media xatırladır ki, aprelin 22-si belə igid Vətən övladlarımızdan biri Azər Mühübəli oğlu Burziyevin anım günüdür. Şəhid Azər Burziyev 20 may 1980-ci il tarixində Qusar rayonun Gədəzeyxur kəndində anadan olmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarında, Gədəbəy rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman 22 aprel 2000-ci il tarixində şəhid olmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.