Bakı. Trend:
"Kontakt Home" mağazalar şəbəkəsinin fəaliyyətində qanunpozuntuları aşkarlanıb.
Trend xəbərverir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Belə ki, Agentlik mağazalar şəbəkəsinin sahibi olan"ABC-Telecom" MMC-də rəqabət qanunvericiliyinin pozulması hallarınadair araşdırma aparıb və reklam fəaliyyəti ilə bağlı bir sırapozuntular aşkar edib. Belə ki, “Reklam haqqında” AzərbaycanRespublikası Qanununun 4.2-ci və 7.1.4-cü maddələrinə əsasən,müəssisənin reklamı qadağan olunmuş məhsulların, texnikanın,xidmətlərin reklamına, habelə reklam yayımının qanunlamüəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi hallarımüəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi nəzərdətutulur.
Qeyd edək ki, “ABC-Telecom” şirkəti Azərbaycanda “Kontakt Home”əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar vəelektronika məhsullarının satışını həyata keçirir.