Bir neçə vətəndaşın intim görüntülərini və rüsvayedici məlumatlarını yayma hədəsi ilə onlardan ümumilikdə 600 min manatdan çox pul tələb etməkdə təqsirləndirilən dəstə üzvləri - Təbriz Yusifzadə, Sənan Vəliyev, Toğrul Əlizadə və Püstə Məmmədovanın (red-ad, soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, Təbriz Yusifzadə 2025-ci ilin avqustun sonunda tanışı Püstə Məmmədova və habelə qohumu Sənan Vəliyevlə görüşüb. Görüşdə onlar Püstənin əvvəllər intim münasibətdə olduğu Elmar Hüseynovun (red-ad, soyad şərtidir) yataq görüntüləri ilə bağlı gizli çəkiliş aparmaqla ondan pul ələ keçirmək planı qurublar. Daha sonra Təbriz Yusifzadə Elmar Hüseynovun güdülməsi, yaşayış-iş yeri və digər məlumatları toplayıb, foto və videoları ona, eləcə də dəstə üzvlərinə tez çatdırmaq üçün Toğrul Əlizadəyə hər dəfə yol xərci kimi 20-50 manat verəcəyini təklif edib. O, da bu təklifi qəbul edib.
Hazırlanmış plana uyğun olaraq 2025-ci ilin avqust ayının sonlarında qrup üzvü Püstə Məmmədova Elmar Hüseynovu telefon əlaqəsi vasitəsilə intim görüşə dəvət edib. Püstə bu görüşün yeri və vaxtı barədə Təbriz Yusifzadəyə, Təbriz isə qrupun digər üzvü Sənan Vəliyevə məlumat verib.
Onlar bunun üçün Tiktokdan satışı aparılan kiçik ölçülü kameranl 110 manata əldə ediblər.
Təbriz Püstə ilə birlikdə onun kirayədə yaşadığı evə yəni intim görüşün nəzərdə tutulduğu mənzilə gəliblər. Və həmin kameranı da qonaq otağında yerləşdirib gizlədərək işlək vəziyyətə gətiriblər.
Həmin gün günorta saatlarında Püstə Elmarı həmin evə gətirir və onu çılpaq vəziyyətdə gizli kamera olan otağa salaraq istəyinə nail olur.
Çəkilişdən xəbərsiz olan zərərçəkmiş şəxs Elmar Hüseynov hadisə yerini tərk edib istifadəsində olan “Toyota Land Cruiser” markalı avtomobilinə əyləşib hərəkətə başladıqdan sonra, plana uyğun olaraq Təbriz Yusifzadənin tapşırığı əsasında Toğrul Əlizadə onu güdməyə başlayır.
Təbriz Yusifzadə Toğrul Əlizadənin vermiş olduğu məlumat əsasında Elmarın yaşadığı ünvan barədə məlumat əldə etdikdən sonra, özü də həmin yerə gedərək müşahidənin doğruluğunu yoxlayır.
Cinayətkar niyyətlərini davam etdirərək Püstə Məmmədova plana əsasən Elmar Hüseynovu növbəti dəfə başqa bir evə intim görüşə dəvət edib.
Təbriz və Püstə bu dəfə telefonu mebelin içində gizlədib fakt üçün hazır vəziyyətə gətirib. Püstə Elmarı yataq otağına yatağa salaraq seksual hərəkətlər edib və bütün bunları da kamera qeydə alıb.
Bundan sonra Təbriz Yusifzadə və Sənan Vəliyev aralarında məsləhətləşmələr aparıb Elmardan tələb olunacaq pulun məbləğinin müəyyən edilməsi üçün onun iş yerinin mütləq öyrənilməsi barədə razılaşıblar.
Artıq bundan sonra onlar Elmara zəng ediblər lakin Elmar sərxoş olduğu üçün onlarla kobud davranaraq zəngi sonlandırıb.
İstintaqla müəyyən edilib ki, bundan başqa, Təbriz Yusifzadə 2025-ci ilin avqust ayının sonlarında tanışı Püstə Məmmədova və Sənan Vəliyevlə aralarında danışıb Püstənin əvvəllər intim münasibətdə olduğu
imkanlı hesab etdiyi başqa bir tanışı - Aslan Şirinova plan qurublar. Bu görüşdə Aslanı da Püstə vasitəsilə evə dəvət edərək intim görüntülərini gizli kamera çəkməyi və buna görə ondan 100 min manat tələb etməyi planlayıblar.
Püstə yenə də Aslan Şirinovu intim görüşə dəvət edib qabaqcadan görüşün planlaşdırıldığı mənzildə birlikdə yerləşdirdikləri gizli kamera vasitəsilə onun intim görüntülərini əldə ediblər.
Təbriz 2025-ci il 27 sentyabrda Aslana vatsapda yığaraq onun intim görüntülərini yayacaqlarını və ölkədə onun barəsində rüsvayedici məlumatları paylaşacağı ilə bağlı hədə-qorxu gəlib. Aslan da öz növbəsində onunla əlaqəni sonlandırıb və dəstənin bu planı da baş tutmayıb.
Bundan başqa, Təbriz Yusifzadə 2025-ci ilin avqust ayının sonlarında tanışı Püstə Məmmədova və Sənan Vəliyevlə aralarında danışıb Püstənin əvvvəllər intim münasibətdə olduğu
imkanlı hesab etdiyi başqa bir tanışı - Ümid Həsənova plan qurublar. Bu görüşdə Ümidi də Püstə vasitəsilə evə dəvət edərək intim görüntülərini gizli kamera çəkməyi və buna görə ondan 510 min manat tələb etməyi planlayıblar.
Bundan sonra plana uyğun olaraq Püstə Ümidi intim görüşə dəvət edib qabaqcadan görüşün planlaşdırıldığı mənzildə birlikdə yerləşdirdikləri gizli kamera vasitəsilə onun intim görüntülərini əldə ediblər.
Onlar vatsap vasitəsilə 15 oktyabr 2025-ci ildə Ümid Həsənova zəng edərək onu intim videoları ilə ölkədə ifşa edəcəklərini bildiriblər və ondan ilkin olaraq 2000 manat pul tələb ediblər.
Zərərçəkmiş isə bundan qorxaraq köçürmə yolu ilə 1000 manat pulu göndərib.
20 oktyabr 2025-ci il tarixdə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvləri Təbriz Yusifzadə, Püstə Məmmədova, Toğrul Əlizadə və Sənan Vəliyev saxlanılıblar.
Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi həyatın toxunulmazlığını pozma, Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması), 29, 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməyə cəhd), 29, 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etməyə cəhd), 29, 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etməyə cəhd), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə), 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə qorxu ilə tələb etmə) və 302.1-ci (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham irəli sürülüb./Unikal