AZ

"Lans"ın 28 illik final həsrəti geridə qaldı

style='margin-bottom:10px;'>

"Lans" 21-ci əsrdə ilk dəfə Fransa kubokunun finalına yüksəlib.

QOL.az xəbər verir ki, "Tuluza" ya 4:1 hesabı ilə qalib gələn klub sonuncu dəfə bu turnirin finalında 1998-ci ildə oynayıb. Həmin vaxt "qızıl dubl" etməyə çox yaxın olsalar da, çempionluğu qazanan "Lans" kubokun finalında PSJ-yə uduzub. Bir il sonra isə klub Fransa Liqa kubokuna sahib çıxaraq həmin uğursuzluğu qismən kompensasiya edib. Lakin 21-ci əsrdə komanda hələlik heç bir rəsmi titul qazanmayıb.

Hazırda "Lans"ın yenidən "qızıl dubl" etmək imkanı var. Komanda Fransa Liqa 1-də də çempionluq uğrunda PSJ ilə gərgin mübarizə aparır. Turnir cədvəlində Paris təmsilçisindən cəmi 1 xal geri qalan "Lans" rəqibindən bir oyun çox keçirib.

Seçilən
54
teleqraf.com

1Mənbələr