AZ

“Neftçi” apellyasiya şikayəti verəcəkmi? Rüstəm Əfsərlidən cavab

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 28-ci turunun “Zirə” - “Neftçi” oyunundan sonra AFFA İntizam Komitəsi “ağ-qaralar”ı 26200 manat cərimələyib. Komitənin qərarından bir gün əvvəl “Neftçi” bəyanat yaymışdı. Bundan sonra cəzaların yüngülləşəcəyi gözlənilirdi, amma belə olmadı.Bəs klub tədbiq olunan cərimə və cəzalara görə İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcəkmi? Klubun Media üzrə əlaqələndiricisi Rüstəm Əfsərlinin dediyinə görə, belə şikayət nəzərdə tutulmayıb.Qeyd edək ki, bu mövsüm “Neftçi”nin əsas komandası artıq 152500 manat cəriməyə məruz qalıb.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr