AZ

İbrahim Tatlıses vəsiyyətini açıqladı

Yazını böyüt
Yazını kiçilt

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses vəsiyyətini açıqlayıb.

Hafta.az xəbər verir ki, ifaçı jurnalistlərin suallarını cavablandırarkən vəsiyyətini kimə buraxacağı ilə bağlı sualı belə cavablandırıb:

"Mirasımı dövlətə verirəm. Heç kimə bir qəpik də yoxdur. Bəzilərinə görə digərləri də qurban olur. Pulu atam mənə buraxmayıb. Pul özümündür, istəsəm, paylayaram, kimə nə? Mən bütün qapılarımı onlar üçün ağzına qədər açdım, amma istifadə etməyi bilmədilər".

Qeyd edək ki, Tatlıses xəstəxanada olduğu müddətdə küsülü olduğu qızı Dilan, oğlu Ahmet və nəvəsi Mert də onu görməyə gəlib. Tatlıses övladları ilə görüşsə də, onları bağışlamadığını deyib. 

Seçilən
51
4
hafta.az

4Mənbələr